DİM: Ali məktəblərin hazırlıq qruplarına yerləşdirilmə müsabiqə yolu ilə həyata keçirilir

DİM: Ali məktəblərin hazırlıq qruplarına yerləşdirilmə müsabiqə yolu ilə həyata keçirilir

© APA | Dövlət İmtahan Mərkəzi

# 26 may 2021 12:30 (UTC +04:00)

Ali təhsil müəssisələrinə qəbul üzrə müsabiqənin nəticələri (həmçinin boş qalan yerlər üzrə) elan olunduqdan sonra, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarının yerləri elan edilir.

Bu barədə APA-ya Dövlət İmtahan Mərkəzindən bildirilib.

Bundan sonra  ali təhsil müəssisələrinə qəbul olmayan və DİM tərəfindən müəyyən olunan müsabiqə şərtlərini ödəyən abituriyentlər həmin yerlər üzrə ixtisas seçimində iştirak edirlər. İxtisas seçimində iştirak edən abituriyentlərin hazırlıq qruplarının yerləri üzrə yerləşdirilməsi DİM tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Hazırlıq qruplarında tədrisin sonunda DİM tərəfindən “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları”nda nəzərdə tutulmuş qəbul imtahanlarına uyğun olaraq buraxılış imtahanları keçirilir və buraxılış imtahanları nəticə­sində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar.

 

Hazırlıq qruplarının buraxılış imtahanının nəticəsinə qoyulan tələblər Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunacaq.  
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR