FHN ANAMA-nın regional təlim bazasında yanğına qarşı maarifləndirmə tədbiri keçirib

FHN ANAMA-nın Göygöl Regional Təlim Bazasında maarifləndirmə tədbiri keçirib

© APA | FHN ANAMA-nın Göygöl Regional Təlim Bazasında maarifləndirmə tədbiri keçirib

# 15 noyabr 2021 17:23 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Göygöl Regional Təlim Bazasında yanğına qarşı maarifləndirmə tədbiri keçirib.

Nazirlikdən APA-ya verilən məlumata görə, tədbirdə ANAMA-nın fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirilən fəaliyyətlər zamanı yanğın təhlüksizliyinə dair tövsiyələr verilib, fikir mübadiləsi aparılıb. Eyni zamanda, tədbir iştirakçılarına inzibati binalarda yanğın təhlükəsizliyinə dair tələblər, o cümlədən ərazinin daim təmiz vəziyyətdə saxlanılmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğına qarşı su təchizatı qurğularının daim saz vəziyyətdə saxlanılmasının vacibliyi diqqətə çatdırılıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR