FHN Bakıda “Çənlər Parkı”nın ərazisində təlim keçirib - FOTO

Bakıda “Çənlər Parkı”nın ərazisində təlim

© APA | Bakıda “Çənlər Parkı”nın ərazisində təlim

# 29 oktyabr 2021 16:00 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Bakı Olimpiya stadionunun yaxınlığında yerləşən “Çənlər Parkı”nın ərazisində təlim keçirib.

APA-nın məlumatına görə, jurnalistlərə açıqlama verən Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov bildirib ki, bugünkü təlim Dövlət Yanğından Mühafizə Xidmətinin illik təbdirlər planına uyğun həyata keçirilir:

"Təlimin mövzusu "Çənlər parkı"nda şərti olaraq baş vermiş yanğının yüksək saylı çağırışla söndürülməsidir. Təlimdə əsas məqsəd obyektin xüsusiyyətlərin şəxsi həyətə daha dərindən öyrədilməsi, şəxsi heyətinin peşə və fiziki-döyüş hazırlığının artırılması, eyni zamanda yanğın zamanı təhlükəsizlik qaydalarına riayət edilməsinin öyrədilməsi, müəssisə rəhbərliyi ilə yanğınsöndürmə rəhbəri arasında yanğın zamanı qarşılıqlı əlaqələrin müəyyən edilməsidir".

Xidmət rəisi qeyd edib ki, təlimə xidmətin Bakı qarnizonunun 20-dən artıq teknikası, 70 nəfərə yaxın şəxsi heyəti cəlb olunub: "Şərti olaraq "Çənlər Park"ında baş verən yanğın söndürülüb, təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub. Bu kimi təlimlər tək Bakı şəhərində yox, respublikanın digər şəhər və rayonlarında strateji əhəmiyyət kəsb edən, eyni zamanda insanların çox toplaşdığı obyektlərdə mütamadi olaraq keçirilib. Bu təlim əməkdaşlarımız tərəfindən müxtəlif istiqamətlərdən videolentə alınıb. Yaxın günlərdə xidtmətin aparatında təlimin gedişatı, eyni zamanda obyektdə olan yanğına qarşı vəziyyət öyrəniləcək, mövcud nöqsanlarının aradan qaldırılması üçün mövcud tədbirlər görüləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR