İnfrastruktur obyektləri əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılacaq

İnfrastruktur obyektləri əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılacaq
# 05 noyabr 2021 17:59 (UTC +04:00)

"İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılması Qaydası” təsdiq edilib.

APA-nın məlumatına görə, qayda ağlabatan uyğunlaşdırılma əlilliyi olan şəxslər tərəfindən əsas insan hüquq və azadlıqlarının digərləri ilə bərabər səviyyədə reallaşdırılması, əlilliyi olan şəxslərə qarşı ayrı-seçkiliyin aradan qaldırılması üçün hər bir konkret halda zəruri və mümkün uyğunlaşmaların və düzəlişlərin edilməsi məqsədilə həyata keçirilir.

Nazirlər Kabinetindən verilən izahda bildirilib ki, qərar “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanıb və infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılması ilə əlaqədar məsələləri tənzimləyir.

Qeyd edilib ki, ağlabatan uyğunlaşdırma əlilliyi olan şəxslər tərəfindən əsas insan hüquq və azadlıqlarının digərləri ilə bərabər səviyyədə reallaşdırılması, əlilliyi olan şəxslərə qarşı ayrı-seçkiliyin aradan qaldırılması üçün zəruri və mümkün uyğunlaşmaların və düzəlişlərin edilməsidir. Bu baxımdan qərarda infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılması qaydası müəyyən edilib.

Həmçinin qərarda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların tabeliklərində olan yol-nəqliyyat, rabitə, informasiya, mədəniyyət, məişət və digər sosial infrastruktur obyektlərini əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırlması barədə müddəalar əks olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR