Məhkəmələrə əsassız vəsatət və şikayət verən vəkili 500 manatadək cərimələmək hüququ verilir

Məhkəmələrə əsassız vəsatət və şikayət verən vəkili 500 manatadək cərimələmək hüququ verilir
# 24 iyun 2021 13:10 (UTC +04:00)

Məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər.

APA-nın məlumatına görə, bu, Milli Məclisin iyunun 25-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş Mülki Prosessual Məcəlləyə təklif edilən yeni - 174.5-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR