Bank Of Baku

"Fitch": Qızılın bahalaşması 2023-cü ildən ARDNF-nin aktivlərini 14 mlrd. dollardan çox artırıb

"Fitch": Qızılın bahalaşması 2023-cü ildən ARDNF-nin aktivlərini 14 mlrd. dollardan çox artırıb
# 25 avqust 2026 10:58 (UTC +04:00)

Qızılın qiymətinin yüksəlməsi 2023-cü ildən 2026-cı ilin birinci rübünün sonunadək Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin təxminən 14,4 milyard ABŞ dolları artmasına töhfə verib.

"APA-Economics" xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin qiymətləndirməsində bildirilib.

“Fitch” qeyd edib ki, 2023-cü ildən 2026-cı ilin birinci rübünün sonunadək qızıl ehtiyatları ARDNF-nin aktivlərinin ümumilikdə 19,4 milyard dollar artmasına birbaşa töhfə verib. Bu artımın 26%-i qızıl ehtiyatlarının həcminin artması ilə bağlı olub. Beləliklə, qalan 74%-lik hissə və ya təxminən 14,4 milyard dollar qiymət artımının təsirinin payına düşüb. Həcm amilinin ARDNF-nin aktivlərinə töhfəsi isə təxminən 5 milyard dollar təşkil edib.

Agentliyin məlumatına görə, 2026-cı ilin birinci rübünün sonuna ARDNF-nin investisiya portfelinin həcmi 73,5 milyard dollar olub. Bu, “Fitch”in Azərbaycan üzrə 2026-cı il üçün proqnozlaşdırdığı ÜDM-in 93,2%-nə bərabərdir. Qızıl Fondun investisiya portfelinin ən böyük komponentidir və portfelin 36%-ni təşkil edib.

“Fitch” həmçinin qeyd edir ki, yüksək qızıl qiymətləri ARDNF-nin aktivlərinin həcminə müsbət təsir göstərir. Bununla belə, Fond portfelini yenidən balanslaşdırmaq məqsədilə 2026-cı ilin yanvar-aprel aylarında qızıl ehtiyatlarının bir hissəsini satıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR