ABŞ Kubaya qarşı ticarət məhdudiyyətlərinin müddətini daha bir il - 14 sentyabr 2027-ci ilə qədər uzadıb.
APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın hökumətin federal reyestrində dərc olunmuş bəyanatında bildirilib.
Sənəddə ticarət embarqosunun uzadılmasının ABŞ-nin milli maraqlarına uyğun olduğu qeyd edilir.
Xatırladaq ki, ABŞ 1961-ci ildə Amerikanın adadakı əmlakının milliləşdirilməsindən sonra Kuba ilə diplomatik münasibətləri kəsib, bundan sonra ticarət və iqtisadi embarqo tətbiq edib.