Neft Emalı Zavodunda yanğına qarşı maarifləndirmə tədbiri keçirilib

Neft Emalı Zavodunda yanğına qarşı maarifləndirmə tədbiri keçirilib
# 03 noyabr 2021 13:12 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğına qarşı maarifləndirmə tədbiri keçirib.

FHN-dən APA-ya verilən məlumata görə, tədbirdə istehsalat müəssisələrində yanğın təhlükəsizliyinə dair tələblər və bu tələblərin təmin olunmasının vacibliyi barədə məlumat verilib, yanğın zamanı zəruri davranış qaydalarından danışılıb, FHN-in “112” qaynar telefon xəttinin təyinatından söz açılıb. Həmçinin, adıçəkilən obyektdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Maarifləndirmə tədbirində ərazinin daim təmiz vəziyyətdə saxlanmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğına qarşı su təchizatı qurğularına aid edilən hovuzların, kəmərlərin, çənlərin və hidrantların daimi olaraq saz vəziyyətdə saxlanılmasının vacibliyi qeyd edilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.

Sonda iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR