Sosial ödənişlərin bütün ölkə üzrə mərkəzləşdirilməsi istiqamətində iş gedir

Sosial ödənişlərin bütün ölkə üzrə mərkəzləşdirilməsi istiqamətində iş gedir
# 12 noyabr 2021 15:52 (UTC +04:00)

“Sosial ödənişlərin bütün ölkə üzrə mərkəzləşdirilməsi istiqamətində iş gedir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazirin sözlərinə görə, təmin edilməsi mümkün olmayan seqmentlər məxfi qurumlarla bağlıdır ki, burada daxili şəbəkənin yaradılması istiqamətində iş aparılır: “Ailə üzvləri ilə bağlı data bazalarda problemlərə görə ailə başçısını itirməyə görə olan pensiya və müavinətlərdə bunu tam təmin etmək mümkün olmur. Ailə başçısını itirməyə görə pensiyanın çoxlu alt-bazası var. Ona görə bunu hələ tam elektronlaşdıra bilmirik. Arxiv sənədlərinin mərkəzləşdirilməsi istiqamətində də iş aparılır. 3 milyon şəxsə aid sənədlərin elektronlaşdırılması işi növbəti ilin mart ayına kimi yekunlaşacaq. Bu ona imkan verir ki, əvvəlki dövrdə saxtalaşmanın üstü açılsın. Saxta pensiya işləri ilə bağlı sənədlər çox vaxt gizlədilir, yox edilirdi. Mərkəzləşdirmə nəticəsində buna yol verilməyəcək”.

S. Babayev bildirib ki, əyani maddi-məişət yoxlamaları da təmin olunmalıdır: “Burada potensial risklərin minimuma endirilməsi üçün ünvanlı sosial yardım üzrə 16 rayonda mərkəzləşdirmə həyata keçirilib. Burada tam şəffaflığı istədiyimiz səviyyədə qura biləcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR