Təhsil Nazirliyi: Problemli kredit təhsil krediti almaq üçün maneə yaratmır

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 26 noyabr 2021 16:43 (UTC +04:00)

Təhsil tələbə krediti almaq üçün son tarix açıqlanıb.

APA-nın məlumatına görə, təhsil nazirinin müavini İdris İsayev bildirib ki, növbəti semestr başlayana, yəni, fevralın 16-na qədər tələbələr bu semestr üçün təhsil tələbə krediti almaq üçün müraciət edə bilərlər.

Nazir müavini eyni zamanda qeyd edib ki, təhsil tələbə krediti verilərkən hər hansı başqa şərt nəzərə alınmır: “Yəni tələbənin özünün və ya valideynlərinin hər hansı kredit borcu varsa, bu zaman bunlar nəzərə alınmır və məhdudiyyət qoyulmur. Problemli kredit təhsil krediti almaq üçün maneə yaratmır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR