Türkiyədə bu gün koronavirusdan 186 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 186 nəfər ölüb
# 17 oktyabr 2021 20:32 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 186 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 341 426 nəfər test edilib, onların 24 114-nün koronavirus testi pozitiv nəticə verib, 24 403 nəfər sağalıb.

Nazirliikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 113 971 512 peyvənd tətbiq edilib ki, bunun 88,38 faizi birinci, 76,21 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR