Zaqatalada xeyli miqdarda narkotik bitki məhv edilib - VİDEO

Zaqatala, narkotik

© APA | Zaqatala, narkotik

# 20 may 2021 10:40 (UTC +04:00)

Dövlət Sərhəd Xidməti və Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Danaçı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, ümumi çəkisi 1 ton 600 kiloqram olan 11000 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR