COVID-19-un genomuna dair layihə Nazirlər Kabinetinə təqdim edilib

COVID-19-un genomuna dair layihə Nazirlər Kabinetinə təqdim edilib
# 30 aprel 2021 12:28 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu və Genetik Ehtiyatlar İnstitutu tərəfindən Qida Təhlükəsizliyi İnstitutu və Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi ilə birgə “Azərbaycan Respublikasında yayılmış SARS-CoV-2 virusunun genomunun oxunması, beynəlxalq genom bazalarına yerləşdirilməsi və müqayisəli təhlili, təhlükəli patogenlər üzrə genom məlumat bazasının yaradılması” mövzusunda layihə hazırlanıb.

Bu barədə APA-ya Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova bildirib.

O deyib ki, layihə artıq Nazirlər Kabinetinə təqdim edilib.

İ.Hüseynova qeyd edib ki, aşkar olunmuş genomlar məlumat bazasına yerləşdiriləcək: Ümumiyyətlə, viruslar haqqında məlumat bazası yaradacağıq. Bu, elektron məlumat bazası olacaq. Bunlar həm də beynəlxalq məlumat bazasına yerləşdiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR