Lənkəranda marketdə istehlak üçün yararsız qida məhsulları aşkarlanıb

Lənkəranda marketdə istehlak üçün yararsız qida məhsulları aşkarlanıb
# 20 aprel 2021 13:02 (UTC +04:00)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Lənkəran rayonu, Liman şəhəri, T. Bağırov küçəsi, ev 16 ünvanında yerləşən, fiziki şəxs Ələkbərova Ülviyyə Ağaverdi qızına məxsus “Pibon” marketdə yoxlama keçirilib.

AQTA-dan APA-ya verilən məlumata görə, yoxlama zamanı marketdə istifadə müddəti bitmiş pendir, şor, üzüm qurusu, noğul və nabat məhsulu aşkar edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, məhsullar satışdan çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR