8 saylı Mingəçevir Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə yeni rəis təyin olunub. APA-nın Mingəçevir bürosunun məlumatına görə, bir müddət öncə öz ərizəsinə əsasən vəzifəsindən azad olunan idarə rəisi Fazil Şükürovun əvəzinə yeni təyinat olub. 8 saylı Mingəçevir Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Rafiq Ədilov rəis təyin edilib.
Qeyd edək ki bundan öncə Rafiq Ədilov Bakıda 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində çalışıb.