Mülkiyyətində pay torpağı olanlara işsizlikdən sığorta ödənişi verilə bilər

Mülkiyyətində pay torpağı olanlara işsizlikdən sığorta ödənişi verilə bilər
# 23 aprel 2021 12:55 (UTC +04:00)

“Məşğulluq haqqında qanunun 4.1.3-cü maddəsinə uyğun olaraq mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olan vətəndaşlar məşğul hesab olunurlar. Əgər məşğul hesab olunurlarsa, onlar işsizlikdən sığorta ödənişi almaq hüququna malik deyillər”.

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsində "Sosial Saat" verilişində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev bildirib.

Onun sözlərinə görə, müraciətlər əsasında qanunvericiliyə müvafiq dəyişikliklər edilməsi barədə hökumətə müraciət ediblər: “Belə bir layihə işlənib ki, mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olanlar üçün istisna olsun. Həmin qanunvericilik qüvvəyə minərsə, bu sahədə vətəndaşların iradları yerinə yetiriləcək və onlara işsizlikdən sığorta ödənişi təyin olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR