“Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi barədə təqdimat sənədləri daimi saxlanılacaq

“Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi barədə təqdimat sənədləri daimi saxlanılacaq
# 09 aprel 2021 17:54 (UTC +04:00)

Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi barədə təqdimat sənədləri daimi saxlanılacaq.

APA-nın məlumatına görə, Milli Arxiv İdarəsi bununla bağlı “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı”nda müvafiq dəyişiklik edib.

Qərar “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” Azərbaycan Respublikası 2020-ci il 26 noyabr tarixli 205-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 dekabr tarixli 1195 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 dekabr 2020-ci il tarixli 680s nömrəli Sərəncamının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR