Xalq artisti İlhamə Quliyeva: “Bu gün əsl meqa-star mənəm”

Xalq artisti İlhamə Quliyeva: “Bu gün əsl meqa-star mənəm”
# 21 iyun 2007 12:05 (UTC +04:00)
Sənətçi səhhəti ilə bağlı şayiələr dolaşdığı, hətta onun insult,, infarkt keçirməsi, dünyasını dəyişməsi barədə şayiələr yayıldığını da söyləyib: “Bunu mənim paxıllığımı çəkən insanlar yayıblar, mən onları “yazıqlar” adlandırıram. Həmin insanlar böyük dərdə sahibdirlər, gecə-gündüz fikirləri ancaq İlhamə Quliyevadır. Amma onlar mənim düşmənim deyillər, çünki İlhamə Quliyevanın düşməni olmaq üçün məndən güclü olmaq lazımdır. Bu gün isə Azərbaycanın incəsənət aləmində ən güclü sənətkar mənəm”. Xəstələndikdən sonra hər gün üzərlik yandırdığını da gizlətməyən sənətçi çox tez nəzərə gəldiyini söyləyib. Xəstəliyi dövründə xaricdə yaşayan həyat yoldaşının onu ziyarət edib-etməməsi ilə bağlı sualı cavablandıran İ. Quliyeva həyat yoldaşının Bakıya gəlmədiyini, lakin onunla hər gün 10 dəfə danışdığını deyib. Müğənni “meqa-star” titulunun Azərbaycanda yalnız ona məxsus olduğunu da bildirib: “Bəli, mən meqa-staram. Meqa-star adını çoxları özünüküləşdiurmək istəyir. Ancaq hər şey göz qabağındadır. Məndən sonra kim nə adı istəyir götürsün. Onlar saxta meqa-starlardır. Bu gün isə əsl meqa-star mənəm. Çünki beynəlxalq statuslu sənətçiyəm. Mən indi heç bir şey demək istəmirəm, 3-4 il keçəndən sonra görərik. 1 il, 2 il olmaq olaraq, ancaq 40 il səhnədə yaşamaq, insanların məhəbbətini qazanmaq çox az sənətkara qismət olur. Korifey sözündən xoşum gəlmir, çünki yerindən qalxan özünü korifey adlandırır. Biz titulları gedib bazardan almırıq”. İ.Quliyeva Azərbaycanda böyük bir stadionu doldurmaq şansının ancaq ona məxsus olduğunu bildirib: “Bu gün Azərbaycan sənətçiləri ancaq stadionun qapısını açıq qoymaqla oranı doldura bilərlər. Yeganə sənətkar mənəm ki, stadionu bilet satışı ilə ağzına kimi dolduraram”.
Sənətçi iyulun 13-də səhnə fəaliyyətinin 40 illiyi ilə bağlı solo konsert vermək istədəyini, lıakin səhhəti ilə bağlı bu layihəni sentyabrda gerçəkləşdirəcəyini qeyd edib. O bildirib ki, iki ay müddətində sağlamlığı ilə məşğul olaraq, istirahət edəcək. İ.Quluyeva sentyabrda yaradıcılığında bir sıra yeniliklər etməyi nəzərdə tutub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR