Serj Sərkisyan və Əli Babacan Türkiyə-Ermənistan münasibətlərini müzakirə ediblər

İrəvan-APA. QDİƏT Xarici İşlər Nazirləri Şurasının İrəvanda keçirilən toplantısı çərçivəsində Ermənistana gedən Türkiyənin xarici işlər naziri Əli Babacan bu ölkənin prezidenti Serj Sərkisyanla görüşüb. APA-nın məlumatına görə, görüşdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması yolları müzakirə olunub. Görüşdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və Türkiyə xarici işlər nazirinin müavini Ərtoğrul Apaqan da iştirak edib.
Xarici siyasət

Ərdoğan Azərbaycana birgünlük səfər edəcək

Hulusi Akar: “Türkiyə ilə Azərbaycan arasında hərbi təlimlər davam edəcək”

Hikmət Hacıyev Aİ-yə üzv ölkələrin səfirləri ilə görüşüb
