Gürcüstanın Azərbaycandakı yeni səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib

Gürcüstanın Azərbaycandakı yeni səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib
# 03 aprel 2007 13:29 (UTC +04:00)
Gürcüstanın Azərbaycandakı yeni səfiri Nikoloz Natbiladze etimadnaməsinin surətini bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib. Bu barədə APA-ya Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Qeyd edək ki, dünən axşam Bakıya gələn N. Natbiladze etimadnaməsini prezident İlham Əliyevə təqdim edəndən sonra rəsmən vəzifəsinin icrasına başlayacaq.
Səfir təyin olunana qədər o, Gürcüstan xarici işlər nazirinin müavini vəzifəsində çalışıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR