ABŞ səfiri: “Vaşinqtonun Dağlıq Qarabağa ayırdığı yardımlar humanitar məqsədlərə yönəlib”

ABŞ səfiri: “Vaşinqtonun Dağlıq Qarabağa ayırdığı yardımlar humanitar məqsədlərə yönəlib”
# 12 sentyabr 2007 16:34 (UTC +04:00)
“Amerika Birləşmiş Ştatlarının Dağlıq Qarabağa ayırdığı yardımlar humanitar məqsədlərə yönəlib”. APA-nın məlumatına görə, bu fikirləri ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi bildirib: “Bu vəsaitlər nə təhlükəsizlik, nə də hərbi sahələrə xərclənmir. Mən yenə bəyan edirəm ki, ABŞ Dağlıq Qarabağ probleminin dinc və qaçqınlara öz yurd-yuvalarına qayıtmağa imkan yaradan tərzdə həllinin tərəfdarıdır. Vaşinqton bu istiqamətdə öz səylərini davam etdirəcək”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR