Azərbaycan, Qazaxıstan, Rumıniya və Çinin Gürcüstandakı səfirləri Qax rayonundakı “Müqəddəs Georgi” kilsəsinə baş çəkiblər

Azərbaycan, Qazaxıstan, Rumıniya və Çinin Gürcüstandakı səfirləri Qax rayonundakı “Müqəddəs Georgi” kilsəsinə baş çəkiblər
# 29 oktyabr 2007 10:17 (UTC +04:00)
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, nümayəndə heyətinin tərkibində Qazaxıstan, Rumıniya və Çinin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfirləri də olub. Qonaqlar gürcülərin kompakt yaşadığı Qax-ingiloy kəndinə gedərək, yerli sakinlərlə görüş keçirib və “Müqəddəs Georgi” kilsəsinə baş çəkiblər. Nümayəndə heyəti, həmçinin, Şəki və Zaqatala rayonlarına səfər edib, bu rayonların tarixi abidələri ilə tanış olublar. Qax rayon İcra Hakimiyyətindən nümayəndə heyətinin səfəri qeyri-rəsmi olduğundan bu barədə heç bir açıqlama verilməyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR