Belçikanın Azərbaycandakı səfirliyi gələn ilin ilk rübündə fəaliyyətə başlayacaq

Belçikanın Azərbaycandakı səfirliyi gələn ilin ilk rübündə fəaliyyətə başlayacaq
# 30 oktyabr 2007 08:22 (UTC +04:00)
Belçikanın Azərbaycandakı səfirliyi 2008-ci ilin ilk rübündə fəaliyyətə başlayacaq. Bu barədə APA-ya Belçikanın Azərbaycana yeni təyin olunmuş səfiri Frank Heerkens məlumat verib. Diplomat bildirib ki, hazırda onun ofisi “İSR Plaza”da yerləşsə də, səfirlik üçün bina, həmçinin işçi axtarışı davam edir. Çox güman ki, gələn ilin birinci yarısından etibarən səfirlik vizalar verməyə başlayacaq. F. Heerkens Azərbaycan-Belçika münasibətlərini yeni səviyyəyə qaldırmaq, qarşılıqlı səfərlər təşkil etmək niyyətində olduğunu söyləyib. Xatırladaq ki, səfir öz etimadnaməsini oktyabrın 8-də təqdim edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR