Azərbaycan XİN Şri-Lanka və Banqladeşin müvafiq nazirlikləri ilə məsləhətləşmələr keçirmək istəyir

Azərbaycan XİN Şri-Lanka və Banqladeşin müvafiq nazirlikləri ilə məsləhətləşmələr keçirmək istəyir
# 16 noyabr 2007 08:35 (UTC +04:00)
Azərbaycan Şri-Lanka və Banqladeşin xarici işlər nazirlikləri ilə məsləhətləşmələr keçirməyi planlaşdırır. Bu barədə APA-ya Azərbaycanın həmin ölkələrdəki səfiri Tamerlan Qarayev məlumat verib. O bildirib ki, hazırda məsələ müzakirə olunur və Şri-Lanka ilə Banqladeşdə vəziyyət mürəkkəb olsa da, məsləhətləşmələr baş tutacaq. Səfir Şri-Lanka parlamentinin nümayəndə heyətinin Azərbaycana səfərinin planlaşdırıldığını da söyləyib. T. Qarayev bu il bir neçə azərbaycanlı deputatın Şri-lankada olduğunu və ikitərəfli görüşlər keçirdiyini xatırladıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR