ABŞ səfiri bu ölkəyə səfər etmiş azərbaycanlı musiqiçilərlə görüşüb

ABŞ səfiri bu ölkəyə səfər etmiş azərbaycanlı musiqiçilərlə görüşüb
# 23 noyabr 2007 11:08 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi Vaşinqton, Sietl, Santa-Fe, Nyu-York və Yeni Orleanda konsert proqramları ilə çıxış edən azərbaycanlı musiqiçilərlə görüşüb. APA-nın məlumatına görə, muğam və meyxana ustalarımız həmçinin Vaşinqtonda konsert proqramı ilə çıxış edib, burada amerikalı həmkarları ilə görüşlər keçiriblər. ABŞ səfiri Ann Dersi bildirib ki, bu kimi səfərlər iki ölkə arasında əməkdaşlığın inkişafına müsbət təsir göstərir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR