Azərbaycan və Malayziya arasında bir neçə saziş imzalanacaq

Azərbaycan və Malayziya arasında bir neçə saziş imzalanacaq
# 30 aprel 2008 11:49 (UTC +04:00)
Bakı. Turan Hüseynova-APA. Bu ilin sonunadək Azərbaycan və Malayziya arasında bir neçə saziş imzalanması gözlənilir. Azərbaycanın Malayziyadakı səfirliyindən APA-ya verilən məlumata görə, imzalanacaq sənədlər arasında ikiqat vergiqoymanın aradan qaldırılması və sərmayələrin təşviqi, rabitə, təhsil və turizm sahəsində əməkdaşlığa dair sazişlərdir. Bu sənədlərin imzalanılması Azərbaycan və Malayziya arasında ticarət dövriyyəsinin artmasına və ikitərəfli əlaqələrin inkişafına daha geniş imkan yaradacaq. Qeyd edək ki , hal-hazırda Azərbaycan və Malayziya arasında birbaşa aviareysin açılması üçün danışıqlar aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR