Bakıda Qazaxıstan Silahlı Qüvvələrinin yaranmasının ildönümü qeyd edilib

Bakıda Qazaxıstan Silahlı Qüvvələrinin yaranmasının ildönümü qeyd edilib
# 08 may 2008 08:34 (UTC +04:00)
Bakı. Laçın Sultanova APA. Bakıda Qazaxıstan Silahlı Qüvvələrinin yaranmasının 16-cı ildönümü münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, Qazaxıstanın Azərbaycandakı hərbi attaşesi, polkovnik Rumbek Tursaqatov bildirib ki, qısa müddət ərzində ölkəsində müasir tələblərə cavab verən ordu yaradılıb. Son illər iki qardaş ölkənin hərbi idarələri arasında əlaqələrin inkişaf etdiyini deyən hərbi attaşe, 2007-ci ilin oktyabr ayında Qazaxıstan müdafiə nazirinin Bakıya rəsmi səfərə gəldiyini, həmin ilin noyabrında Azərbaycanın müdafiə nazirinin MDB Müdafiə Nazirləri Şurasının Astana toplantısında iştirak etdiyini və hal-hazırda da Qazaxıstanda olduğunu vurğulayıb. Qazaxıstan xalqını Silahlı Qüvvələr günü münasibətilə təbrik edən Azərbaycan müdafiə nazirinin müavini Çinqiz Məmmədov da iki ölkə arasında hərbi təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparıldığını, hazırda Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində iki qazaxıstanlı gəncin təhsil aldığını söyləyib.
Tədbirdə Azərbaycan rəsmiləri, xarici ölkələrin hərbi attaşeləri, ictimaiyyət nümayəndələri iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR