Aİ-nin xüsusi nümayəndəsi Ermənistanda səfərdədir

Aİ-nin xüsusi nümayəndəsi Ermənistanda səfərdədir
# 30 noyabr 2021 17:27 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanda səfərdədir.

APA-nın xəbərinə görə, bu barədə T. Klaar "Twitter"də bildirib.

İrəvana səfəri çərçivəsində Aİ-nin xüsusi nümayəndəsi Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Görüşdə dekabrın 15-də Brüsseldə keçiriləcək “Şərq Tərəfdaşlığı” Sammiti kontekstində qarşıdan gələn görüşlərə hazırlıq məsələləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR