Aleksey Juravlyov: “Rusiya və Azərbaycan əməkdaşlıq etməyə məhkumdur”

Aleksey Juravlyov

© APA | Aleksey Juravlyov

# 04 iyun 2021 14:39 (UTC +04:00)

“Rusiya və Azərbaycan əməkdaşlıq etməyə məhkumdur. Mən buna əminəm”.

Bunu APA-nın Rusiya bürosuna açıqlamasında Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov deyib.

Onun sözlərinə görə, Peterburq Beynəlxalq İqtisadiyyat Forumu bu baxımdan çox möhtəşəmdir və bu platforma çərçivəsində ölkələrarası əməkdaşlıqla bağlı sazişlər imzalanır.

“Rusiya və Azərbaycan bütün sahələrdə əməkdaşlığı daha da inkişaf etdirə bilər. Hesab edirəm ki, Rusiya bu məsələdə bir az yavaş hərəkət edir. Azərbaycan bizə dost ölkədir. Bu ölkədə çoxlu rus dilli məktəblər fəaliyyət göstərir, rus mədəniyyəti, ədəbiyyatı təbliğ olunur. Mən Bakıya gələndə elə bir doğma şəhərimə gəlirəm. Bu faktdır. Ona görə də əminəm ki, hökumətlər arasında sazişlər öz yerində, amma regionlar arasında olan əməkdaşlıq haqqında sazişlər çox müsbət haldır. Düşünürəm ki, regionlarımız arasında əlaqələri daha çox inkişaf etdirmək lazımdır. Bunun üçün bizim bütün imkanlarımız var. Ona görə ki, Azərbaycan indi yüksək templə inkişaf edən ölkədir. Rusiya da dünya trendlərindən geri qalmamağa çalışır. Bu tendensiyanı gücləndirmək lazımdır. Biz Dövlət Dumasının deputatları olaraq buna hər cür dəstək verməyə hazırıq”, - deyə rusiyalı deputat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR