ATƏT sədri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə müntəzəm əlaqə saxladığını bildirib

Ann Linde, Sergey Lavrov

© APA | Ann Linde, Sergey Lavrov

# 19 noyabr 2021 16:35 (UTC +04:00)

"Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə müntəzəm əlaqə saxlayıram".

APA-nın xəbərinə görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ATƏT Azərbaycan-Ermənistan münaqişəsi ilə yaxından məşğul olur.

"Bildiyiniz kimi, Polşadan olan diplomat, ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, həmçinin üç ölkədən - Rusiya, ABŞ və Fransadan olan həmsədrlər etimad tədbirləri istiqamətindən əllərindən gələni edir. Onlar tərəflərin dayanıqlı razılaşma əldə etməsi üçün çalışır. Mən, həmçinin, Rusiyanın vasitəçiliyinə toxunmaq istəyirəm. Rusiyanın ötən günlərdə tərəflər arasında atəşkəsə nail olmaq, həmçinin ötən il müharibədən sonra bəyanatın imzalanmasında göstərdiyi vasitəçiliyi təqdir edirəm.

Mən müntəzəm şəkildə Azərbaycan və Ermənistan XİN başçıları ilə əlaqə saxlayıram. Təkcə bu həftə XİN başçılarının hər biri ilə iki dəfə danışmışam. Biz ATƏT-in bütün vasitələrini dəstəkləyirik və bu məsələdə Rusiya ilə yaxından əməkdaşlıq edirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR