Milli Məclisin deputat Kamal Cəfərov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün keçirilən iclasında "Kibercinayətkarlıq haqqında" Avropa Şurasının Konvensiyasına əlavə 2-ci protokolun layihəsi ilə bağlı hüquqi rəyin hazırlanması üzrə məruzəçi seçilib.
APA-nın məlumatına görə, C. Cəfərovun hazırladığı hüquqi rəy AŞPA-nın iclasında müzakirə ediləcək, təsdiq edildikdən sonra Avropa Şurasının Nazirlər Komitəsinə təqdim olunacaq.