Azərbaycan XİN başçısı Ermənistanla görüşün planlaşdırılıb-planlaşdırılmamasına aydınlıq gətirib

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 04 noyabr 2021 16:06 (UTC +04:00)

Xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla görüşün planlaşdırılıb-planlaşdırılmamasına aydınlıq gətirib.

APA-nın məlumatına görə, Ceyhun Bayramov bildirib ki, Ermənistanla Azərbaycan arasında postmünaqişə dövrünə aid olan bir sıra məsələ var: “Burada həm nəqliyyat kommunikasiyalarının açılması, eyni zamanda Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesi mövcuddur. Dövlətlər arasında sərhədlərin müəyyən edilməsinin müəyyən qaydaları var və bu proses baş verməlidir. Bu və digər humanitar tipli məsələlər, mina xəritələrin təhvil verilməsi ilə bağlı çoxsaylı təşəbbüs var. Azərbaycan tərəfi heç zaman danışıqlardan çəkinməyib, danışıqlara hər zaman qarşılıq verib. Bizim mövqeyimiz ədalətlidir, beynəlxalq hüquqa əsaslanır. Ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipləri əsasında münasibətləri normallaşdırmağa hazırıq. Bunun üçün hər hansı görüş keçirmək lazım olacaqsa, biz bu görüşlərə açığıq”.

Firuzə Vahid

Zümrüd Paşkin

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR