Ceyhun Bayramov Azərbaycanın münaqişənin həlli üçün müharibə yolu seçməsinin səbəblərini açıqlayıb

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 04 noyabr 2021 15:40 (UTC +04:00)

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün niyə müharibə yolunu seçməsinə aydınlıq gətirib.

APA-nın məlumatına görə, Ceyhun Bayramov bildirib ki, qarşı tərəf bu siyasi prosesin ləngidilməsi, süni şəkildə uzadılması müstəvisindən xalqımıza və dövlətimizə qarşı təcavüz və hərbi təxribatlar yolunu seçmişdi: “Təbii ki, bu halda artıq Azərbaycan dövlətinin belə demək olarsa, səbir kasası daşdı. Həm ölkəmizin Konstitusiyasının, həm də BMT-nin Nizamnaməsinə uyğun şəkildə və beynəlxalq humanitar hüququn bütün qaydaları gözlənilməklə Azərbaycan əks-hücum əməliyyatına başladı. 44 günlük Vətən müharibəsi nəticəsində 7 rayonumuz, Şuşa şəhərimiz, o cümlədən 9 şəhərimiz və yüzlərlə yaşayış məntəqələrimiz işğaldan azad edildi. Azərbaycan beynəlxalq sənədlərdə olan sərhədlərini - Ermənistan-Azərbaycan və İran-Azərbaycan dövlət sərhədlərini bərpa etdi”.

Firuzə Vahid

Zümrüd Paşkin

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR