Ermənistan “altılıq platforması”nda iştirakla bağlı konkret qərar qəbul etməyib

Ermənistan XİN

© APA | Ermənistan XİN

# 04 noyabr 2021 12:06 (UTC +04:00)

Hazırda Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiya və demarkasiyası ilə bağlı danışıqlar aparılmır.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaqe Qevorkyan parlamentdə bildirib.

Onun sözlərinə görə, adıçəkilən məsələ ilə bağlı danışıqlar aparılmadığından konkret xəritələr və sənədlər barəsində danışmaq hələ tezdir.

Nazir müavini vurğulayıb ki, İrəvan müxtəlif platformalarda, o cümlədən “altılıq platforması”nda ("3+3") regional məsələlərin müzakirəsində iştirakla bağlı təkliflər alıb.

Vaqe Qevorkyan qeyd edib ki, Ermənistan bu məsələ ilə bağlı konkret qərar qəbul etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR