Gürcü jurnalist və blogerlərin işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb - YENİLƏNİB

Gürcü jurnalist və blogerlərin işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb - YENİLƏNİB
# 21 sentyabr 2021 10:31 (UTC +04:00)

Gürcüstandan olan bir qrup jurnalist və blogerin işğaldan azad olunmuş Azərbaycan torpaqlarına səfəri başlayıb.

APA-nın xəbərinə görə, qonaqlar Füzuli və Cəbrayıl rayonlarında minatəmizləmə əməliyyatları, ermənilərin işğal müddətində törətdikləri dağıntılarla tanış olacaqlar.

***

08:38

Gürcüstandan olan bir qrup jurnalist və blogerin işğaldan azad olunmuş Azərbaycan torpaqlarına səfəri təşkil olunub.

APA xəbər verir ki, onlar Füzuli və Cəbrayıl rayonlarına gedərək, orada minatəmizləmə əməliyyatları ilə tanış olacaqlar.

Eyni zamanda, ermənilərin işğal müddətində törətdikləri dağıntılarla da tanış olacaqlar. Səfər zamanı qonaqların dağıdılmış mədəni, tarixi və dini abidələrə baş çəkəcəkləri gözlənilir.

Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bir qədər əvvəl özünün “Twitter” səhifəsində yazaraq həmin şəxslərlə görüşdüyünü və bir sıra mövzularda səmimi söhbət apardıqlarını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR