Helqa Şmid: “Qarabağ ətrafında münaqişənin dayanıqlı həllinin tapılmasının asanlaşdırılmasına kömək etməliyik”

Helqa Şmid

© APA | Helqa Şmid

# 21 iyun 2021 15:15 (UTC +04:00)

“Biz Dağlıq Qarabağ ətrafındakı münaqişənin dayanıqlı həllinin tapılmasının asanlaşdırılmasına kömək etməliyik”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu ATƏT-in Baş katibi, xanım Helqa Şmid Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirib.

O, Rusiya XİN başçısı ilə görüşdə ATƏT məkanındakı münaqişələri müzakirə etmək imkanı olacağını söyləyib: "ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə Dağlıq Qarabağ ətrafındakı münaqişənin dayanıqlı həllinin tapılmasının asanlaşdırılmasına kömək etməliyik. Bugünkü görüşdə ATƏT-in dəstəklədiyi vasitəçilərin nizamlama prosesi ilə bağlı etimadın artırılması tədbirləri kimi məsələləri də müzakirə edəcəyik”.

Qeyd edək ki, ATƏT Baş katibi Helqa Şmid Rusiya Müdafiə Nazirliyin dəvəti ilə Beynəlxalq Təhlükəsizlik üzrə Moskva konfransında iştirak etmək üçün iyunun 21-24-də Rusiyada səfərdə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR