Lavrov: “Rusiya və Türkiyə Qarabağ məsələsində səylərini sıx şəkildə koordinasiya edir”

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 30 iyun 2021 18:37 (UTC +04:00)

“Qarabağ məsələsində səylərimizi sıx şəkildə koordinasiya edirik”.

APA-nın xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, Bakı və İrəvan da bu məsələdə məsafə qət etmək üçün dialoqu davam etdirir.

Regionda bütün nəqliyyat əlaqələrinin bərpasının əhəmiyyətinə toxunan S. Lavrov Ağdamda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətini təqdir etdiklərini vurğulayıb: “Əminik ki, ümumilikdə vəziyyətin kompleks stabilləşməsi Cənubi Qafqazda nəqliyyat kommunikasiyasının açılmasına, bu regionda yerləşən ölkələrin, o cümlədən Türkiyə və Rusiyanın iştirakı ilə çoxplanlı iqtisadi əməkdaşlığın irəliləməsi səylərinə xidmət edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR