MM komitə sədrinin müavini: “Erməni siyasi elitasının “ağılı təxribat strategiyaları”  uğursuzluğa məhkumdur”

Hikmət Babaoğlu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini

© APA | Hikmət Babaoğlu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini

# 28 iyul 2021 14:25 (UTC +04:00)

“Ermənistanın Azərbaycanla sərhəddə ciddi-cəhdlə vəziyyəti gərginləşdirmək istəməsi əsla təsadüfi xarakter daşımır, bu, ardıcıl bir fəaliyyətdir”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib.
H. Babaoğlu deyib ki, görünür düşmən ölkənin xüsusi planları var və bu planların mümkün ssenarilərindən biri də yenidən Azərbaycanı müharibəyə cəlb etmək ola bilər: “Ancaq biz bilirik ki, 44 gün davam edən İkinci Qarabağ savaşında qəhrəman Azərbaycan Ordusu erməni ordusunu muzdluları, terroristləri və diversantları ilə birlikdə məhv edib. Hazırda ermənilər də bilirlər ki, onlar genişmiqyaslı müharibə aparmağa qadir deyillər. Çünki nə ordu var, nə də artıq əvvəlki həvəslə muzdlular və beynəlxalq terrorçular ermənilər tərəfindən savaşmayacaqlar. Belə olan halda ermənilərin məqsədi regiona digər dövlətləri cəlb etməklə yenidən müharibəni alovlandırmaq niyyəti ola bilər ki, doğrusu bu həvəsdə olan bəzi dövlətlər də yox deyil. Məsələn, Fransanın timsalında biz Ermənistana istənilən dəstəyi verməyə hazır olan bir nümunə gördük. Ancaq bu dəstək də ermənilərin revanşist cəhdləri üçün yetərli deyil. Çünki regionun aparıcı aktorları Rusiya-Türkiyə-Azərbaycan strateji xətti regionda sabitliyin qorunması və yaranmış yeni geostrateji reallığın möhkəmləndirilməsində maraqlıdırlar”.

Parlamentin komitə sədrinin müavini qeyd edib ki, bəzi Qərb gücləri öz ordularını heç olmasa “sülhməramlı” statusunda Rusiya ilə bərabər Cənubi Qafqazda görmək istəyirlər: “Bununla da hesab edirlər ki , Rusiyaya qarşı Cənubi Qafqazda “geostrateji plüralizmi” təmin edə və yenidən Azərbaycana təzyiq etməklə ermənilərin əlini gücləndirə bilərlər. Yəni mümkün təxribat çoxməqsədli və çoxkombinasiyalıdır. Ancaq bu miqyasda təxribatı həyata keçirmək üçün ermənilərin hərbi gücü, onu bu təxribatlara həvəsləndirənlərin isə regionumuzda konkret hərbi siyasi və iqtisadi alətləri yoxdur. Ona görə də erməni siyasi elitasının “ağılı təxribat strategiyaları” bəri başdan uğursuzluğa məhkumdur. Azərbaycan isə olduqca ciddi hərbi-siyasi və iqtisadi təşəbbüslərlə postmünaqişə dövrünü möhkəmləndirməklə yeni geostrateji reallığı hamıya qəbul etdirməkdədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR