Ombudsman Britaniya səfiri ilə görüşüb - YENİLƏNİB

Ombudsman Britaniya səfiri ilə görüşüb - YENİLƏNİB

© APA | Ombudsman Səbinə Əliyeva və səfir Ceyms Şarp

# 13 iyul 2021 15:53 (UTC +04:00)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarpı qəbul edib.

Ombudsman Aparatının Mətbuat xidmətindən APA-ya bildirilib ki, görüş zamanı Ombudsman qonağa fəaliyyəti haqqında geniş məlumat verib, 44 günlük Vətən Müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən mülki yaşayış yerlərinə edilən hücumlar zamanı baş verən dağıntılar və insan tələfatı ilə bağlı həyata keçirdiyi fakt-araşdırıcı missiyalar və onlar əsasında hazırlanan xüsusi hesabatlardan danışıb. Qeyd olunub ki, münaqişənin bitməsinə baxmyaraq işğaldan azad olunmuş ərazilərə Ermənistan tərəfindən vaxtilə yüz minlərlə piyada və tank əleyhinə minaların basdırılması və onların xəritələrinin verilməsindən hələ də imtina edilməsi məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasında ciddi çətinliklər törədir.

Səfir Ceyms Şarp öz növbəsində səmimi qəbula və təsisatın fəaliyyəti, görülən işlərlə bağlı müfəssəl məlumata görə Ombudsmana öz təşəkkürünü bildirib. İnsan hüquqlarının səmərəli müdafiəsi, qanunun aliliyinin təbliği sahəsində Ombudsman təsisatı ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib.

Görüşdə bir sıra digər məsələlər müzakirə olunub.

***

14:44

Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə britaniyalı diplomat "Twitter"də bildirib.

Onun sözlərinə görə, görüşdə qadın hüquqları, əlillik, piyadalar əleyhinə minaların qadağan edilməsi haqqında Ottava Konvensiyası, o cümlədən həbsxanalardakı vəziyyət barəsində müzakirə aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR