Sahibə Qafarova Parlament Sədrlərinin Avropa Konfransında iştirak edəcək - YENİLƏNİB

Milli Məclisin sədri Sahibə Qafarova

© APA | Milli Məclisin sədri Sahibə Qafarova

# 19 oktyabr 2021 15:14 (UTC +04:00)

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Parlament Sədrlərinin Avropa Konfransında iştirak etmək üçün oktyabrın 20-də Yunanıstanın paytaxtı Afina şəhərinə səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlardan Cavanşir Feyziyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Sahibə Qafarova konfransda çıxış edəcək, müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcək. Parlament sədrinin tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub. Bu görüşlərdə ikitərəfli və çoxtərəfli formatda əlaqələrin inkişafı, əməkdaşlığımızın gələcək inkişaf istiqamətləri və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Səfər oktyabrın 22-də başa çatacaq.

***

11.20

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 20-də Yunanıstana səfərə gedəcək.

APA-nın məlumatına görə, Azərbaycan parlamentinin nümayəndə heyəti səfər çərçivəsində Yunanıstanda yüksək səviyyəli rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR