Səfir: “75 ildə Hindistanda güclü institutlar formalaşıb” - FOTO

Hindistan səfiri Bavitlunq Vanlalvavnanın çıxışı

© APA | Hindistan səfiri Bavitlunq Vanlalvavnanın çıxışı

# 16 iyul 2021 18:04 (UTC +04:00)

Hindistan səfirliyi və Azərbaycan Dillər Universiteti (ADU) tərəfindən təşkil olunan esse və yoqaya həsr olunmuş video və fotoşəkil müsabiqəsinin qalibləri elan olunub.

APA-nın xəbərinə görə, Hindistanın müstəqilliyinin 75-ci ildönümü münasibətilə keçirilən müsabiqənin qaliblərinin mükafatlandırma mərasimində çıxış edən səfir Bavitlunq Vanlalvavna ADU-ya təşəkkür edib.

Səfir bildirib ki, 2022-ci ildə Hindistan müstəqilliyinin 75 illiyini qeyd edəcək: “Müstəqilliyimizin 75 illiyini qeyd etmək üçün bu ilin martından bəri bir sıra tədbirlər keçirmişik. Bu, növbəti ilin avqustuna qədər davam edəcək. Müstəqilliyin 75-ci ildönümü çərçivəsində irəli sürülən bu təşəbbüslə biz zəngin Hindistan mədəniyyətini, tarixini və ənənələrini dünyaya təqdim edirik”.

Diplomat qeyd edib ki, 75 ildə Hindistanda güclü institutlar formalaşıb, ölkə iqtisadiyyatı böyüyüb: “Bu gün Hindistan iqtisadiyyatı dünyanın beşinci ən böyük iqtisadiyyatıdır. Biz 2025-ci ilə qədər ölkə iqtisadiyyatının həcmini 5 trilyon dollara çatdırmağı hədəfləyirik. Hindistan kənd təsərrüfatı, İT, əczaçılıq sahəsində böyük uğurlar qazanıb”.

Bavitlunq Vanlalvavna vurğulayıb ki, Hindistan diasporu müxtəlif ölkələrin cəmiyyətlərinə öz töhfələrini verir və bura Azərbaycan da daxildir.

Hindistanlı diplomat gələcək aylarda da oxşar tədbirlərin keçiriləcəyini deyib.

Tədbirdə ADU-nun prorektoru Jalə Qəribova da çıxış edib.

Sonda qaliblər mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR