Səməd Seyidov: “Ermənistanı Azərbaycanın yaratdığı tarixi şansdan bəhrələnməyə çağırırıq”

Səməd Seyidov

© APA | Səməd Seyidov

# 19 oktyabr 2021 18:16 (UTC +04:00)

“Regionda bütün ölkələrin, o cümlədən Ermənistanın Azərbaycanla əməkdaşlıq və sülh şəraitində yaşamasını düşünürük. Ermənistanı Azərbaycanın yaratdığı tarixi şansdan bəhrələnməyə çağırırıq”.

Bunu APA-nın yerli bürosuna açıqlamasında Azərbaycan Milli Məclisinin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli görüş formatının genişləndirilməsi mümkündür.

“Ümid edirik ki, bu cür toplantılar regionda digər ölkələr üçün də cazibədar olacaq”, - MM-in komitə sədri vurğulayıb.

S. Seyidov Türkiyə və Azərbaycan prezidentlərinin təklif etdiyi “altılıq platforması”nın bütün xalqların rifahına gətirib çıxaracağına əminliyini ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR