Spiker: “XİN-dən hər həftə Milli Məclisə yeni məlumatlar daxil olur” 

Sahibə Qafarova, Milli Məclisin sədri

© APA | Sahibə Qafarova, Milli Məclisin sədri

# 24 noyabr 2021 12:34 (UTC +04:00)

"Artıq Xarici İşlər Nazirliyi ilə Milli Məclis arasında əlaqələr qurulub”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, əvvəllər ola bilər ki, bu əlaqələr olmayıb: “Amma artıq XİN-lə Milli Məclis arasında yaxın əməkdaşlıq qurulub. Səfirliklərin özünün Milli Məclisi məlumatlandırmasına gəlincə, artıq bəzi səfirlərdən Milli Məclisə məlumatlar gəlir. Ancaq XİN-dən hər həftə Milli Məclisə yeni məlumatlar daxil olur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR