Türkiyə səfiri: “Ermənilər işğal etdikləri torpaqları dağıdıb, mədəni sərvətləri, İslamı, dini dəyərləri təhqir ediblər” - VİDEO - YENİLƏNİB

Səfir Cahit Bağcı

© APA | Səfir Cahit Bağcı

# 12 iyul 2021 12:20 (UTC +04:00)

“Mən Şuşada 3 dəfə olmuşam. Daha öncə Ağdamı, Füzulini və başqa yerləri də görmüşdüm - Xirosima kimidir”.

Bunu APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.

Səfir bildirib ki, Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə diplomatik missiya nümayəndələri üçün təşkil edilən sonuncu səfərdə də iştirak edib: “Ziyarəti təşkil edənlərə təşəkkür edirəm. Ermənilər işğal etdikləri torpaqları darmadağın ediblər, bununla da kifayətlənməyib, ərazilərdən çıxanda, qaçanda da dövlət binalarını dağıdıb, partladıb gediblər. Bu bizi, Azərbaycan xalqını məyus etməsin. Azərbaycan yıxılanın yerinə ən yaxşısını tikmək, bərpa etmək qüdrətindədir, gücündədir. Azərbaycan oranın bərpa və inkişafını həyata keçirəcək. Amma bizi məyus edən odur ki, bütün mədəni sərvətlərə hörmətsizlik edilib, məscidlər tövlə, axur, samanlıq olaraq istifadə edilib. Ermənilər mədəni sərvətləri, İslamı, dini dəyərləri təhqir ediblər. Bütün bunlar Şuşada diplomatik missiya nümayəndələrə göstərilib”.

C. Bağcı qeyd edib ki, Şuşa Qarabağın incisidir, Azərbaycanın da baş tacıdır:

“Cənubi Qafqazın zirvəsində möhtəşəm, qədim şəhərdir. Buranın ən gözəl şəkildə dünyaya tanıtdırılması üçün Azərbaycan lazım olan addımları atır. Biz də Türkiyədən bütün dostlarımızı, qonaqlarımızı, iş üçün gəlmək istəyənləri, turizmlə məşğul olanları, tarixçiləri Şuşaya dəvət edirik, onlar da gəlməyi həyəcanla gözləyirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR