Türkmənistan Türk Dövlətləri Təşkilatına müşahidəçi statusu ilə üzv qəbul edilib

Türkmənistan Türk Dövlətləri Təşkilatına müşahidəçi statusu ilə üzv qəbul edilib
# 12 noyabr 2021 18:24 (UTC +04:00)

Türkmənistan Türk Dövlətləri Təşkilatına müşahidəçi statusu ilə üzv olub.

APA-nın xəbərinə görə, bu barədə bu gün İstanbulda keçirilən Türk Şurası dövlət başçılarının VIII Zirvə Görüşündə elan olunub.

Qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan elan edib.

Qeyd edək ki, Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan Türk Şurasına üzv ölkələrdir, Macarıstan isə müşahidəçi statusu ilə təşkilata üzvdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR