XİN: Şuşa Bəyannaməsi yeni əməkdaşlıq imkanlarının təşviq edilməsinə yönəlib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev

# 16 iyun 2021 11:09 (UTC +04:00)

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” yeni əməkdaşlıq imkanlarının təşviq edilməsinə yönəlib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

“Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşada imzaladığı Birgə Bəyannamə də məhz sülh və təhlükəsizliyin, yeni əməkdaşlıq imkanlarının təşviq edilməsinə yönəlib”, - deyə XİN rəsmisi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR