Azərbaycan XİN İsrailə başsağlığı verib

Azərbaycan XİN İsrailə başsağlığı verib
# 30 aprel 2021 12:54 (UTC +04:00)

İsraildə Meron dağı bölgəsində Laq ba-Omer bayramı zamanı baş verən faciəvi qəza bizi çox kədərləndirdi.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

“Bu faciəvi hadisədə həlak olanların ailələrinə, eləcə də İsrail hökuməti və xalqına dərin hüznlə başsağlığı veririk. Yaralananların hamısına şəfa diləyirik”, - deyə qeyd olunub.

Qeyd edək ki, İsrailin şimalındakı Safed şəhərinin yaxınlığında yerləşən Meron dağı bölgəsində Laq ba-Omer bayramı zamanı tribunanın çökməsi nəticəsində azı 44 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR