Qazaxıstandan ictimai fəallar, politoloq, jurnalist və bloqerlərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.
APA-nın məlumatına görə, səfərin əsas məqsədi Ermənistan-Azərbaycan münaqişəsi ətrafında baş verənlər, Ermənistanın mülki yaşayış məntəqələrinə raket hücumları ilə yerində tanış olmaq, son hadisələr fonunda Azərbaycana dəstək ifadə etməkdir.
Səfər çərçivəsində qazaxıstanlı ekspertlərin rəsmi görüşləri, Gəncə və Bərdə şəhərlərini ziyarəti, azərbaycanlı həmkarları və yerli televiziya kanallarında görüşləri də nəzərdə tutulur.
Azərbaycanın Qazaxıstadakı səfirliyi tərəfindən təşkil olunan səfər noyabr ayının 15-dək davam edəcək.