Xarici İşlər Nazirliyində struktur dəyişikliyi edilib - YENİLƏNİB

Xarici İşlər Nazirliyində struktur dəyişikliyi edilib - YENİLƏNİB
# 04 may 2021 18:35 (UTC +04:00)

Xarici İşlər Nazirliyinin (XİN) kollegiyasının 25 aprel 2021-ci il tarixli qərarı ilə nazirlikdə Təşkilat-nəzarət idarəsi adlı yeni struktur bölməsi yaradılıb.

Bu barədə APA-ya XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

XİN rəsmisi qeyd edib ki, hazırda bu struktur bölməsinin tərkibinin komplektləşdirilməsi gedir.

***

saat 16:58

Xarici İşlər Nazirliyində (XİN) struktur dəyişikliyi edilib.

APA-nın məlumatına görə, XİN-in strukturuna daxil olan idarələrin sayı artırlıb.

XİN-də yeni Təşkilat-nəzarət idarəsi yaradılıb.

Yeni təyin edilən nazir müavini Elnur Məmmədovun kurasiyasında olan idarələr müəyyənləşib.

Onlar aşağıdakılardır:

- Amerika idarəsi;

- Asiya İdarəsi

- UNESCO üzrə Azərbaycan Respublikasının Daimi Katibliyi

- Ümumi Katiblik

- Linqvistik təminat idarəsi;

- Arxiv İdarəsi;

- İşlər İdarəsi;

- Xüsusi şöbə.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR