Nazir: “Ermənistanın üçtərəfli bəyanatlarla bağlı götürdüyü öhdəlikləri icra etməsi vacibdir”

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 11 may 2021 13:33 (UTC +04:00)

“Rusiya, Azərbaycan və Ermənistan nümayəndələri ekspertlər səviyyəsində artıq 6 dəfə görüşüb”.

APA-nın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, müxtəlif sahələrdə ekspert qruplarında görüşlər keçirilib: “Müəyyən sahələr üzrə inkişaf var. Müəyyən sahələr üzrə isə hələ nəticə yoxdur. Biz başa düşürük ki, buna Ermənistanın daxilindəki siyasi vəziyyət də təsir edir. Qeyd etmək istərdim ki, üçtərəfli bəyanatların yerinə yetirilməsində Ermənistanın da üzərinə düşən öhdəlikləri həyata keçirməsi vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR